Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvi üçün "yol xəritəsi" ilə bağlı razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə keçirilən Aİ Şurasının iclasından sonra “X” sosial şəbəkəsində yazıb.
“Avropa İttifaqının xarici işlər nazirləri indicə Aİ-nin Suriyaya qarşı sanksiyalarını yumşaltmaq üçün "yol xəritəsi"ni razılaşdırdılar”, - məlumatda deyilir.