Yaponiyanın Osaka şəhərinin bütün küçələrində siqaret qadağası tətbiq edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli nəşr "Sora News" məlumat yayıb.
Məlumata görə, yanvarın 27-də Yaponiyanın Osaka şəhərində küçədə siqaret çəkməyə tam qadağa qüvvəyə minib. Yeni qaydalar 2,75 milyon insanın yaşadığı bütün şəhərə şamil edilir. Qanun həm adi siqaretlərə, həm də elektron cihazlara şamil edilir. Qadağa şəhərdə müxtəlif yerlərdə siqaret çəkmək üçün ayrılan yerlərə aid edilməyəcək.
Nəşrin məlumatına görə, siqaret çəkmə qadağası 2025-ci ilin aprel-oktyabr aylarında keçiriləcək "Expo 2025" ərəfəsində şəhərin abadlaşdırılması proqramının bir hissəsidir.