Dünyada sərvəti 600 milyardı aşan ilk insan o oldu

Dünyanın ən varlı adamı titulunu daşıyan Elon Mask tarixi rekorda imza atıb. O, 600 milyard dollardan çox sərvətə sahib olan ilk insan kimi tarixə düşüb.

Sherg.az xəbər verir ki, maliyyə nəhəngi “Forbes”in məlumatına görə, Maskın sərvəti artıq 670 milyard dolları ötüb. Bu rəqəm indiyədək heç bir fərdin yaxınlaşmadığı həddir. Əvvəllər heç kim 500 milyard dollara belə çata bilməmişdi.

Maskın sərvətinin əsas mənbəyi “SpaceX” şirkətidir. Kosmik texnologiyalar sahəsindəki uğurlar, yeni müqavilələr və bazar dəyərinin sürətli artımı onun sərvətini rekord həddə yüksəldib.