Polşanın Brüsseldəki konsulluğuna boya atılıb

Naməlum şəxslər Brüsseldəki Polşa konsulluğunun binasına qırmızı boya ilə rəngləyərək, fasadına təhqir şüarları yazılıb.

Teleqraf xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Vevur məlumat verib.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, konsulluğun fasadındakı Polşanın gerbi qırmızı boya ilə rəngləyiblər.

Polşanın RMF24 portalının məlumatına görə, hadisə səhər saat 3:00 radələrində baş verib. Hücum edənlər konsulluğun qapılarını, binanın fasadını və milli gerbi rəngləyiblər. Lövhədə "Qatillər" yazısı, digər bir lövhədə isə Belarusla sərhəddəki hasara yönəlmiş kobud təhqir yazılıb. İşçilər isə girişdə it nəcisi aşkar ediblər.

Polşa Xarici İşlər Nazirliyindən bildirilib ki, konsulluq şöbəsinin binasında Polşa və Avropa Birliyinin təhlükəsizliyinə qarşı açıq-aydın siyasi xarakterli şüarlar yazılıb.

Belçika polisi müşahidə kameralarının görüntülərini təhlil edir. RMF FM-in məlumatına görə, görüntülərdə üç və ya dörd maskalı şəxs görünür. Onlardan biri vandalizmi telefonla qeydə alıb. Hüquq-mühafizə orqanları həmçinin konsulluq ərazisində patrul xidmətinin artırıldığını elan edib.

Qalereya