Rusiyanın Xalq artisti Anatoli Lobotski 67 yaşında vəfat edib.
APA xəbər verir ki, bu barədə TASS-a onun ailəsi məlumat verib.
Ailəsindən verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, “Gənclik”, “Tanrılara paxıllıq”, “Kalaşnikov” və digər çoxsaylı film və televiziya seriallarındakı rolları ilə tanınıb.