Rusiya Nikolayevə raket zərbəsi endirdi: ölənlər var

Yanvarın 28-i axşam saatlarında işğalçılar Nikolayevə raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, bu barədə şəhər meri Aleksandr Senkeviç məlumat yayıb.

Zərbə nəticəsində iki nəfər ölüb.

Qeyd edək ki, daha öncə Hərbi Hava Qüvvələri Kirovoqrad, Çerkassk, Dnepropetrovsk, Xerson və Nikolayev vilayətləri üçün ballistik raket təhlükəsi barədə xəbərdarlıq etmişdi.