İraqda “Səddam” səsləri yüksəlir

İraqda şiələrin kampakt yaşadığı cənubdakı Bəsrə şəhərində hökumət əleyhinə aksiya keçirilib

Sherg.az xarici KİV-ə istinadən bildirir ki, aksiyada 2006-cı ildə edam edilərək öldürülən İraqın keçmiş lideri Səddam Hüseyn lehina şüarlar səsləndirilib. 

İraq təcrübəsində sünnilər 2003-cü ildən sonra hökumətin siyasətinə qarşı gələrək, Səddam dönəminin ölkə üçün daha yaxşı olduğunu deyirdilər. Yəni ki, bu cür şüarları adətən sünnilər səsləndirirdi. Bəsrə şəhərində isə Səddamı dəstəkləyən aksiyalar olmamışdı. Ona görə də, Bəsrədə İraqın keçmiş liderinin lehinə səsləndirilən şüarlar yenilik sayılır.