Çernobılda son dərəcə təhlükəli obyekt aşkarlandı - FOTO


Çernobılda radiasiyaya məruz qalmış “ZİL” markalı yük maşınının qalıqları tapılıb.
APA “TASS”a istinadla xəbər verir ki, bu barədə Çernobıl Radiasiya və Ətraf Mühit Bioloji Qoruğunun "facebook" səhifəsində məlumat yerləşdirilib.
Qeyd olunub ki, radioaktiv obyekt insan həyatı və sağlamlığı üçün son dərəcə təhlükə yarada bilər.
Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski daha əvvəl hökumətə Çernobılda turizm potensialının inkişaf etdirilməsi üçün üç ay ərzində tədbirlər planı hazırlanmasını tapşırmışdı.
"Yeni təhlükəsiz Çernobıl bölgəsi”nin beynəlxalq turizm bazarında təşviq edilməsin nəzərdə tutan sənəddə təhlükəli zonaların dəqiqləşdirilməsi, turistlərin təhlükəsizliyi baxımından konkret marşrut sxeminin hazırlanması xüsusi olaraq öz əksini tapıb.
Federal Neft və Radiasiya Təhlükəsizliyi Elmi-Texniki Mərkəzinin direktoru Aleksandr Xamaz isə Çernobıl AES ətrafında kütləvi turizmin yaradılması ideyasının çox riskli olduğunu bildirib. Onun sözlərinə görə, bu, beynəlxalq təhlükəsizlik standartlarına ziddir.