Rusiya və Hindistan ABŞ-ın mümkün sanksiyalarının qarşısını almaq məqsədilə hərbi müqavilələrdə milli valyutalardan istifadə edilməsi barədə razılıq əldə edib.
Axar.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
Məlumata əsasən, tərəflər ödənişləri yeni ödəmə mexanizmi vasitəsilə həyata keçirəcəklər. Belə ki, Rusiyanın hazırda Hindistan donanması üçün inşa etdiyi iki gəminin ilkin ödənişinin yeni mexanizmlə bu yaxınlarda edilməsi planlaşdırılır.