Ancaq yaxın vaxtlarda ABŞ-İran müharibəsi gözlənilmir
İyulun 14-də İran Prezidenti Həsən Ruhani Amerika ilə danışıqlara hazır olduqlarını bildirib. Lakin bunun başlanması üçün ilkin olaraq İrana qarşı sanksiyaların ləğv edilməsinin lazım olduğunu söyləyib. ABŞ-ın Dövlət Departamentinin rəhbəri Mayk Pompeo isə bəyan edib ki, Tramp administrasiyası İranla yenidən müzakirələrin başladılması barədə yaxınlarda yekun qərar qəbul edəcək. Pompeo Ruhaninin təklifinin Kerri və Obamaya etdikləri təklifdən fərqlənmədiyini deyib. Vurğulanır ki, Ruhani bundan öncə də oxşar fikirlər səsləndirsə də, ölkənin siyasi piramidasının başında dayanan ali dini rəhbər Əli Xamneyi Tramp administrasiyasıyla müzakirələri rədd edir. Pompeo Ruhaninin təklifinin Tramp tərəfindən müsbət qarşılanacağına ümid etmədiyini bildirib.
Tərəflərin gərginliyini “Şərq”ə təhlil edən politoloq Həsrət Rüstəmov hesab edir ki, ilk baxışdan son bəyanatlar münasibətlərin gərginləşdiyini deyil, yumşalmağa doğru getdiyini deməyə əsas verir. Lakin İran ilkin şərt kimi neft ixracına qoyulan qadağaların götürülməsini irəli sürdüyünə görə, əslində ABŞ-ı çətin vəziyyətdə qoyur:
“Əgər Amerika bu şərti qəbul edərsə, bu o demək olacaq ki, ölkə İranla bağlı siyasətinin iflasa uğradığını etiraf edir. Bunu isə Vaşinqtondan gözləmək qeyri-mümkündür. Ümumiyyətlə, hesab edirəm ki, Fars körfəzində baş verən son insidentlər zamanı tərəflərin təmkinli davranması və bir sıra digər səbəblər yaxınlarda ABŞ-İran müharibəsinin olmayacağından xəbər verir”.
Siyasi şərhçinin fikrincə, qlobal güc olan Amerika regional nüfuz dairəsini genişləndirməyə cəhd edən İranı sıxışdırmağa, sərhədləri daxilində məhdud bir hala salmağa çalışır:
“Tək ABŞ yox, İranın nüvə razılaşmasında qalmasını istəyən İngiltərə, Almaniya və Fransa da regionda müharibənin olmasında maraqlı deyil. Onların əsas məqsədi İranın nüvə əldə etməməsi, böyük regional gücə çevrilməməsidir. Yəni real müharibə gözlənilmir və çox uzaq olmayan zamanda ABŞ-la İran dil tapacaq. Region üçün gərginləşən münasibətlərin fəsadına gəlincə, əlbəttə ki, təhlükəsizlik və iqtisadi dirçəliş baxımından bölgədəki gərginlik bizə yaxşı heç nə vəd etmir. Ona görə də arzulamalıyıq və mümkün qədər çalışmalıyıq ki, regionda sülhün əleyhinə olan platformalarda iştirak etməyək”.
Sıxışdırma siyasəti davam edəcək
13:48 16.07.2019
Dünya
759
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Nəbiyev: Qara qutuların oxunması...
02:56 26.12.2024
Gündəm
Husilər Təl-Əviv və Aşkelon şəhərlərini dronlarla vurub
02:05 26.12.2024
Dünya
Roma Papası dünyada zorakılığa son qoymağa çağırıb
01:49 26.12.2024
Dünya
Bacılarım sonuncu dəfə mesaj yazdılar ki… - VİDEO
01:33 26.12.2024
Hadisə
Bayraqlar yarıya endirildi - Foto
01:27 26.12.2024
Son dəqiqə
Həbsxanadan 6 minə yaxın təhlükəli cinayətkar qaçıb
01:22 26.12.2024
Hadisə
Nazir: "Hadisənin səbəbləri barədə indi heç nə deyə bilmərik"
00:49 26.12.2024
Gündəm
Lukaşenko gəlirlərini açıqladı
00:11 26.12.2024
Siyasət
Bu gün Azərbaycanda matəmdir
00:00 26.12.2024
Gündəm
Aİ sözçüsü Azərbaycan xalqına başsağlığı verib
23:54 25.12.2024
Siyasət
Türkiyədə klub prezidenti istefa verdi
23:40 25.12.2024
İdman
Əsma Əsədin həyatda qalma şansı 50%-dir
23:27 25.12.2024
Dünya
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb
23:17 25.12.2024
Gündəm
Sinir və ürək üçün xurma yeyin - Həkim
23:04 25.12.2024
Sağlamlıq
Norveçdə qatarların hərəkəti tamamilə dayandırılıb
22:49 25.12.2024
Dünya
Premyer Liqanın ən yaxşı hücumu bizdədir...
22:45 25.12.2024
İdman
Rusiyanı bunda günahlandırmaq cəhdləri əsassızdır - Zaxarova
22:14 25.12.2024
Dünya
Qəzaya uğrayan təyyarədə atəş izlərinin olmasına REAKSİYA
21:54 25.12.2024
Gündəm