“Rusiyadan Türkiyəyə “S-400” və “Triumf” ZRK gətirildi. Bununla iki ölkə strateji hərbi əməkdaşlıq müstəvisində yeni mərhələyə keçdi”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, bu, həm də Türkiyə ilə NATO arasında soyuq münasibətlərin başlanmasının başlanğıcı oldu:
““S-400”-lərin 15 iyul hərbi çevrilişə cəhd ərəfəsində və günündə Türkiyəyə daşınması Qərbə mesajdı. NATO -nun Rusiyaya qarşı kəskinləşən siyasi-hərbi doktrinası fonunda Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı Alyansda çatların baş verməsinə və Moskvanın bu təşkilat üzərində psixoloji və siyasi qələbəsinə gətirəcək.
Türkiyə rəhbərliyi bu silahları almaqla iyul çevrilişində ona dəstək olan Moskvaya minnətdarlıq və Qərbə qarşı dirənişini nümayiş etdirdi. Bununla demək olar ki, Ankara artıq Qərbin bir nömrəli hədəfi halına gəldi”.
Analitikin fikrincə, ümumiyyətlə Türkiyənin bu raket sisteminə ehtiyacı yoxdur:
“Türkiyə Qərblə normal əməkdaşlıq davam etsəydi, kimdən müdafiə olunacaqdı? Hazırda Suriyadan və İraqdan Türkiyəyə havadan heç bir təhlükə yoxdur. Yunanıstan və NATO da hərbi müttəfiqdir. Görünür, Ərdoğan Rusiyadan silah idxal edərək NATO və ABŞ-dan müdafiə olunmağı planlayır. Təbii ki, AKP-nin bu siyasəti öz şəxsi hakimiyyətləri üçün ölkənin milli təhlükəsizliyini riskə atmaq deməkdir”.
Siyasi şərhçinin sözlərinə görə, Ərdoğan bütün ənənəvi müttəfiqləri ilə düşmənçilik mövqeyindədir:
“Qərblə çox ciddi şəkildə konfontrasiyaya gedərək daxili auditoriyanı ələ almaq üçün istifadə edir. Əzəli rəqibi olan Rusiya ilə yaxınlaşmaq kursu götürdü. Bu geosiyasi nizamda uduşlu tərəf Kremldir. NATO-dan Türkiyəni ayırmaqla öz geosiyasi məqsədlərini uğurla həyata keçirir.
Türkiyədə 2003-cü ildən hakimiyyətə gələn islamçı qüvvələr anti-Qərb siyasəti aparmaqla Türkiyəni Qərbin hədəfinə gətirib. Uzaq vədəli Türkiyə-Rusiya müttəfiqliyi mümkün deyil.
Əgər Amerika və Avropa Türkiyəyə qarşı iqtisadi sanksiyaları işə salarsa Ərdoğana qarşı etirazlar dalğası başlayacaq.
“...Sanksiyalar işə düşsə, Ərdoğana qarşı etiraz dalğası başlayacaq”
18:07 16.07.2019
Dünya
995

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlin ən yaxşı qadın və kişi idmançısı bəlli oldu
04:35 22.04.2025
İdman
Papa vəzifəsini o icra edəcək
03:26 22.04.2025
Gündəm
"Azərbaycanla qürur duyuram"
02:40 22.04.2025
Şou
Ataların pis davranışının uşaqlar üzərində nəticələri açıqlanıb
01:32 22.04.2025
Cəmiyyət
Türkiyənin qərbində zəlzələ olub
00:47 22.04.2025
Hadisə
Zelenski Ukraynanın əsas şərtindən danışdı
00:14 22.04.2025
Dünya
Sabah bu ərazilərdə işıq olmayacaq
00:04 22.04.2025
Sosial
Cəlilabadda bədbəxt hadisə: 8 yaşlı uşaq hasarın altında qaldı
23:51 21.04.2025
Hadisə
"Bitkoin"in qiyməti 4 faiz artıb
23:37 21.04.2025
İqtisadiyyat
ABŞ-də sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl alovlanıb
23:20 21.04.2025
Hadisə
Papanın ölüm səbəbi açıqlandı
23:08 21.04.2025
Gündəm
Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22:43 21.04.2025
Tarix
Ankarada “Əkinçi” intellektual yarışı baş tutub
22:30 21.04.2025
Media
Bu fənlər üzrə monitorinq keçiriləcək - Nazir əmr imzaladı
21:36 21.04.2025
Cəmiyyət
“Instagram”da azyaşlıların hesablarına nəzarət gücləndirilir
21:22 21.04.2025
Dünya
Ömer Çelik: Terror dəftərini tamamilə bağlayacağıq
20:42 21.04.2025
Region
Maştağada dayı qızı və bibi qızı itkin düşdü
20:27 21.04.2025
Hadisə
Tramp Ukrayna və İranla bağlı görüşləri çox yaxşı adlandırıb
20:20 21.04.2025
Gündəm