Türkiyədə terror aktının qarşısı alındı



Türkiyənin cənub-şərqində Mardin vilayətində terror aktının qarşısı alınıb.

Trend-in məlumatına görə, keçirilmiş xüsusi əməliyyat çərçivəsində magistral yol kənarında basdırılmış 40 kiloqramdan çox partlayıcı maddə aşkar edilib.

Məlumata görə, əməliyyat zamanı, həmçinin PKK terror təşkilatının 5 üzvü saxlanılıb. Həmin ərazidə terror aktının da onlar tərəfindən planlaşdırıldığı bildirilir. Saxlanılanların şəxsiyyəti açıqlanmır.

Əməliyyatla bağlı başqa detallar barədə məlumat verilməyib.