İşçi axtarılır, maaşı 22 min sterlinq olacaq



İngiltərənin  "Buckingham" sarayına birinci sinif mətbəxdə çalışmaq  üçün üst səviyyədə şef usta axtarılır


Sherg.az türk mediasına istinadən xəbər verir ki, yayılan elanda  işə götürüləcək şef ustanın fərqli dünya mətbəxlərini bilməsi şərtdir. Müraciət edənlər arasından seçiləcək adam sarayda yerləşəcək və yemək xərci olmayacaq. Bununla birlikdə təyin olunan maaşın 22 min sterlinq olduğu bildirilir. İşə götürüləcək şefin ən yüksək standartlarda xidmət təqdim etməsi gözlənilir.