Rəsmi Ankara ABŞ-ın beşinci nəsil F-35 döyüşçü təyyarələrinə alternativləri nəzərdən keçirməyə hazırdır. Bir qapı bağlandığı zaman, başqa qapılar açılır. Biz öz qapımızı da aça bilərik”.
APA “TASS”a istinadla bildirir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir “Anadolu” agentliyinə bildirib.
O, iyun ayında Fransanın Le-Burje şəhərində 53-cü “Paris Air Show”da (Paris Air Show 2019) nümayiş etdirilən ölkəsinə məxsus yeni - beşinci nəsil TF-X döyüş qırıcılarını (Türk Fighter-X) xatırladaraq, bununla belə Türkiyənin alternativlər araşdırmağa davam edəcəyini söyləyib.