Pakistanın Dəra-İsmayıl-Xan şəhərində terror aktları baş verib.
“RİA Novosti” xəbər verir ki, əvvəlcə dörd motosikletdə olan silahlı şəxslər polisin nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Sonra isə ilk hücum zamanı yaralananların yerləşdirildiyi xəstəxanada partlayış olub.
Hadisə nəticəsində 7 nəfər ölüb, 24 nəfər müxtəlif bədən xəsarətləri alıb. Ölənlərdən dördü polis əməkdaşıdır.
Partlayışın qadın tərəfindən törədildiyi bildirilir.