Skandinaviya da yanır: Rekord temperatur...

Avropanı cənginə alan anomal istilər Norveç və İsveç kimi Skandinaviya ölkələrində də temperaturun 40 dərəcəyə qədər yüksəlməsinə səbəb olub.

Axar.az xəbər verir ki, Norveçin Laksfors bölgəsində temperatur 35.6 dərəcəyə yüksəlib, böyük hissəsi Şimal Qütb dairəsində yerləşən ölkədə tropik gecələr yaşanıb. Belə temperatur sonuncu dəfə 1970-ci ildə qeydə alınmışdı.
Ötən şənbə Norveçin 20 fərqli bölgəsində temperatur gün boyu 20 dərəcədən aşağı enməyib.
Həmçinin İsveç ərazisində də son 71 ilin ən yüksək temperaturu qeydə alınıb. Belə ki, Markusvinsa şəhərində qeydə alınmış 34.8 dərəcəlik temperatur ölkənin şimalı üçün rekord göstərici olub.