Səudiyyə Ərəbistanın Kralı Abdulla adına Tibb şəhərciyində müsəlman təqvimi ilə bu ilin zil-qədə ayının əvvəlindən indiyə kimi həcc ziyarəti üçün gələn 163 zəvvarın ürəyində əməliyyat aparılıb.
AZƏRTAC Kral Abdulla adına Tibb şəhərciyin yaydığı məlumata istinadla xəbər verir ki, bunlardan 3-ü açıq ürək əməliyyatı olub. Qeyd edilib ki, həcc mövsümündə ürək xəstəliyi olan zəvvarlara xidmət göstərilməsi məqsədilə ürək cərrahiyyəsi mərkəzi genişləndirilib və daha çox insana yardım göstərmək imkanı qazanıb. Tibb müəssisəsinin fəaliyyəti xəstə zəvvarlara müasir müalicə sistemləri və yüksək kvalifikasiyalı tibb personalı vasitəsilə ən yaxşı xidmət göstərməyə yönəlib.