Tramp Konqresin qəbul etdiyi bu layihəni imzaladı


ABŞ Prezidenti Donald Tramp Konqresin qəbul etdiyi büdcə layihəsini imzalayıb. Report xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Hər iki partiya və Ağ Ev tərəfindən razılaşdırılmış qanun layihəsi 2021-ci il iyul ayının sonuna qədər dövlət borcu yuxarı həddinin daima artırılması zərurətini müvəqqəti olaraq dayandırır.

Bundan əlavə, yaxın iki ildə müəssisələrin illik büdcəsi üçün 1,37 trilyon dollar məbləğində limit müəyyən olunub.