Moskva aeroportlarında 31 reys təxirə salınıb və 12 reys ləğv edilib


Şənbə günü Moskva aeroportlarında 31 reys təxirə salınıb və 12 reys ləğv edilib.
Bu barədə yerli KİV "Яндекс.Расписание" xidmətinə istinadən məlumat yayıb.
Xidmətin məlumatına görə, yerli vaxtla saat 07:45-dək “Vnukovo” aeroportunda 6 reys təxirə salınıb, 2-si ləğv edilib. “Domodedovo” hava limanında isə 25 reys təxirə düşüb, daha 10 reys ləğv olunub.
AzərTAc xatırladır ki, Rusiya paytaxtının hava limanlarında yaranmış problemin səbəbləri barədə məlumat verilmir.