Şimali Koreya Trampa vədini pozdu: yeni raketlər buraxıldı


Şimali Koreya daha bir balistik raket sınağı keçirərək, ABŞ prezidenti Donald Trampa ABŞ-Cənubi Koreyanın birgə hərbi təlimləri başa çatandan sonra bu cür sınaqlar keçirməyəcəyinə dair sözünü pozub.
ABŞ Prezidenti Tramp G-7 sammitinə yola düşmədən öncə deyib ki, “Şimali Koreya lideri Kim Conq Un mənimlə açıq danışıb….O, raketləri sınaqdan keçirməyi sevir, amma biz heç bir zaman qısa-mənzilli raketləri məhdudlaşdırmamışıq”.
APA "amerikanınsəsi"nə istinadla xəbər verir ki, Yaponiya höküməti ilk olaraq sınaq barədə şənbə səhər xəbər verib. Bir neçə dəqiqə sonra Cənubi Koreya ordusu sınaqğı təsdiq edib və Şimali Koreyanın raketləri Cənubi Hamqyonq vilayətindən dənizə doğru atdığını bildirib.
Qısa-mənzilli balistik raketlər olduğu güman edilən silshlar 380 kilometr məsafə qət edərək 97 kilomet hündürlüyə və Mach 6.5 sürətinə çatıb. Bu barədə Cənubi Koreyanın Birgə Qərargahlar Rəisinin bəyanatında bildirilib.
Cənubi Koreyanın Milli Təhlükəsilik Şurası fövqəladə iclasdan sonra ABŞ-la Cənubi koreyanın hərbi təlimlərinin bitməsnə rəğmən Şimali Koreyanın raketlər artmağa davam etməsi ilə bağlı “ciddi narahatlığını” ifadə edib.
Qeyd edək ki, Tramp bu ayın əvvəli Twitter-də yazıb ki, Şimali Koreya lideri Kim Conq Un ABŞ-la Cənubi Koreyanın son hərbi təlimləri başa çatandan sonra raket atmağı dayandırmağasöz verib.
Lakin Şimali Koreya heç bir dialoqa daxil olmayıb, bunun əvəzinə Vaşinqtonla Seulu hərbi təlimlərə görə tənqid edib.
Şimali Koreya may ayından bəri bir neçə yeni silah sisitemini sınaqdan keçirib. Buna ABŞ və Cənubi Koreyanın raket müdafiə sistemlərindən yan keçmək ümün nəzərədə tutulan qısa-mənzili balistk raket daxildir.
Lakin ABŞ kəşfiyyat rəsmilərinin KN-23 adlandırdığı raket çox hündürlükdə və sürətli uçur.