ABŞ Avropanı şantaj edir: Böyük savaş başlayır

Avropa ABŞ və Rusiya arasında savaşın meydanına çevrilir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Konstantin Bloxin Avropa Birliyi (AB) Təhlükəsizlik Araşdırmaları İnstitutu ilə NATO Müdafiə Kollecinin birgə hesabatına münasibətində deyib.

“Amerika Avropanı torpaqlarında əhatəli müharibə başlaması yönündə şantaj edəcək. Bu hesabat AB-nin gələcəklə bağlı qorxularını, fobiyalarını və risklərini ifadə edir”, – deyə ekspert RT-yə müsahibəsində bildirib.