Tramp sövdələşmə üçün yer axtarışındadır

ABŞ ilə Çin hökumətləri imzalanacaq ticarət sazişinin 60%-ni əhatə edəcək sövdələşmənin birinci mərhələsini razılaşdırmaq üçün yer seçimilə məşğuldur.

Bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

“Çin ilə ABŞ ümumi sövdələşmənin 60 faizinə qədərini təşkil edəcək ticarət sazişinin birinci mərhələsini imzalamaq üçün Çilidəki APEK mətləbə dəxli olmayan məsələlər üzündən ləğv ediləndən sonra yeni yer seçməklə bağlı çalışırlar. Yeni yer tezliklə açıqlanacaq. Prezident Si Szinpin və prezident Tramp imza atacaqlar”, - D.Tramp qeyd edib.