Özbəkistanda xüsusi kursları bitirdikdən sonra övladlığa uşaq götürməyə icazə veriləcək



Özbəkistanda xüsusi kursları bitirdikdən sonra övladlığa uşaq götürməyə icazə veriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar noyabrın əvvəlindən qüvvəyə minib.

Bu kurslar Özbəkistanın “Mehribonlik” evlərində və uşaq şəhərciklərində fəaliyyətə başlayacaq.

Məşğələləri sosial problemlər üzrə ixtisaslaşan mütəxəssislər aparacaqlar. Burada gələcək valideynlərə hüquqi, psixoloji-pedaqoji, tibbi məsələlərlə bağlı məsləhətlər veriləcək.

Kursu bitirən şəxslər xüsusi komissiya tərəfindən imtahan ediləcək və onlara üç illik sertifikat veriləcək. Valideynlər məhz üç il ərzində övladlığa uşaq götürə bilərlər.