ABŞ Prezidenti Donald Tramp Suriyadakı neftin təhlükəsizliyini təmin etmək məqsədilə hərbi əməliyyatlara başlamaq üçün icazə verib. Nəticədə, Tramp terror təşkilatı olan PKK/YPG-nin idarəsində olan bölgəyə də əsgər göndərə biləcək.
Trampın qərarı İŞİD-lə mübarizəyə davam etmək, İranın bölgədəki nüfuzuna qarşı çıxmaq və PKK/YPG ilə ortaqlığa davam etmək üçün Suriyada qalmağın tərəfdarı olan komandirlər tərəfindən zəfər kimi dəyərləndirilir.
Bölgədə nə qədər əsgər qalacağı deyilməsə də, məlumata görə, bu rəqəm 800-dən çox olacaq.