"ABŞ Kubaya qarşı blokadanı gücləndirməklə riyakarlıq edir".
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin deyib.
Onun sözlərinə görə, ABŞ “Kuba xalqının yavaş-yavaş boğulması”nı həyata keçirir.
“ABŞ “dayanıqlı inkişafa nail olmaq üçün geridə heç kimi buraxmamaq” prinsipini dəstəkləyir və milyonlarla kubalını çətinliklər qarşısında qoyur”, - nazir müavini bildirib.