İraqda davam edən nümayişlər Avropa İttifaqını (Aİ) narahat etməyə başlayıb. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Federika Moqherini İraqdakı nümayişlərin həddindən çox davam etdiyini deyib.
O, İraqda baş verən etirazlarda insanların həyatını itirməsinə də reaksiya verib: “İraqda etirazçılara qarşı həddindən artıq güc tətbiq olunur. İraq ordusu etirazçılara hücum edərək onların sərbəst toplaşmaq və tələblərini ifadə etmək hüquqlarını pozur”.
“Lakin Avropa İttifaqı İraqın suverenliyi və ərazi bütövlüyünə hörmət edir. Bu səbəbdən vətəndaşların tələblərini yerinə yetirmək üçün İraq hökumətinə kömək etməyə hər zaman hazırıq”, - deyə Aİ rəsmisi əlavə edib.
Qeyd edək ki, oktyabrın 1-dən İraqın müxtəlif şəhərlərində işsizlik, korrupsiya və digər sosial problemlərə etiraz olaraq nümayişlər başlayıb.