“Sülh Çeşməsi” əməliyyatının keçirildiyi bölgədə həyatın normallaşdırılması çərçivəsində PKK/YPG-nin dağıtdığı məktəblərin müəyyənləşdirilərək təmir və bərpa işləri başlayıb.
Bu çərçivədə 2019-cu ilin noyabr ayının 17-də Rəsulaynda keçirilən baxış zamanı texniki peşə məktəbi, oğlan peşə məktəbi, qız peşə məktəbi və texniki təmayüllü liseyin olduğu şəhərciyin PKK/YPG terrorçuları tərəfindən təhsilə bağlandığı, məktəblərin terror təşkilatı üçün “Katyuşa” tipli raketləri ata bilən raketatıcı qurğuların istehsal mərkəzinə çevrildiyi və siniflərin yararsız hala salındığı məlum olub.
Terrorçuların şəbəkə kimi bütün şəhəri əhatə edən yeraltı tunelləri qazmaq üçün istifadə etdiyi maşın və avadanlıqlarla birlikdə, çox sayda silah-sursat ələ keçirilərək məktəblərin qapılarının yenidən təhsilə açılması üçün dövlətin digər müəssisə və təşkilatları ilə birlikdə ehtiyacların müəyyən edilməsi, təmir və abadlıq işlərinə başlanılıb.
Məlumat üçün qeyd edək ki, türk ordusu terrorçulardan azad etdiyi ərazilərdə həm sosial, həm də humanitar xarakterli geniş kampaniyalar həyata keçirməkdədir. Məqsəd terrordan əziyyət çəkən bölgənin yenidən normal həyata qayıtmasına yardım etmək, terrorçuların zülmə və işgəncəyə məruz qoyduğu insanları rifaha qovuşdrumaqdır.