Avropa Birliyi İranı etirazçılara qarşı güc tətbiq etməməyə çağırıb.
«Sherg.az» «Lefigaro.fr»ə istinadən xəbər verir ki, etirazçılar ölkəni əməlli-başlı silkələyiblər. Toqquşmaların, 10-a yaxın insanın ölümü və yüzlərlə nümayişçinin yaralanması ilə nəticələndiyi bildirilir.
Məlumat üçün bildirək ki, İranda benzinin qiymətinin qalxması səbəbindən ölkədə ciddi iğtişaş yaranıb. Aksiya bu ölkənin 40 şəhərində yayılıb. İran hakim dairələri isə 5 nəfərin öldüyünü bildirir.
Avropa Diplomatiyasının rəhbəri Federika Moqerinin sözçüsü bildirib ki, İran təhlükəsizlik qüvvələrinin nümayişlərin idarə olunmasında təmkin göstərməsini gözləyirik.bütün zorkaılıqlar qəbuledilmzədir:
«Avropa Birliyi İran hakimiyyətindən bu həftə sonundan etibarən etirazçılarla əlaqələrin yenidən qurulmasını və internetin kəsilməsinə dair verilən göstərişin aradan qaldırılmasını gözləyir».
Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra İran iqtisadiyyatı çətin vəziyyətə düşüb. Buna səbəb isə İranın ABŞ-la imzaladığı nüvə razılaşmasına əməl etməməsi olub.