Rusiyada söz, fikir və ifadə azadlığı ilə bağlı əhali arasında sorğu keçirilib.
«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, sorğuda iştirak edən rusların faizi ötən illərlə müqayisədə 24 faiz artıb, yəni 34 faizdən 58 faizə yüksəlib.
Məlumata görə, sorğunu «Levada Center» İnstitutu keçirib. Sorğu noyabrın 20-də baş tutub. Rusiyanın 50 regionunda keçirilib.
Rusların əksəriyyəti söz, fikir, ifadə azadlığı, plüralizm, dini azadlıqlar, sərbəst toplaşma azadlığı, insan hüququnun fundamental hissəsi hesab edir.
Qeyd edək ki,sorğuda iştirak edən rusların əksəriyyəti ölkəsindəki azadlıqların qənaətbəxş olmadığnı bildirib.