Suriya: 10-u uşaq olmaqla 21 sivil öldürülüb - BOMBARDMAN


Suriyada Bəşər Əsəd rejiminin törətdiyi bombardman və B.Əsədin müttəfiqi olan  Rusiya tərəfindən edilən hava hücumları nəticəsində 10-u uşaq olmaqla 21 nəfər qətl olunub. 

«Sherg.az» «lefigaro.fr»ə istinadən xəbər verir ki, bu insan terroru İdlibin Qah kəndində baş verib. Bu barədə Suriyada İnsan Haqları ilə bağlı yaradılmış Şuradan bildirilib.

Məlumatda qeyd olunur ki, hücum nəticəsində 40-a yaxın adam ağır xəsarət alıb.