“Türkiyə öz sərhədlərini bütün terror təşkilatlarından qorumaq hüququna malikdir, istər İŞİD, istərsə də YPG/PKK olsun, heç fərq etməz”.
“Sherg.az" xəbər verir ki, bunu Azad Suriyalı Kürdlər Birliyinin sədri Əbdüləziz Tammo Vaşinqtonda yerləşən Türk Miras Fondu (THO) tərəfindən təşkil edilən “Suriyanın Gələcəyi və Geosiyasi Gerçəklər” mövzusundakı paneldə etdiyi çıxışında deyib.
Tammo YPG/PKK-nın da İŞİD kimi suriyalı kürdlərə təhdid yaratdığını söyləyib: "Türkiyənin suriyalı kürdlərə qarşı etnik təmizləmə həyata keçirdiyinə dair iddialara şahid oluruq. Bu sahəni bilən hər kəs bunun həqiqətlə heç bir əlaqəsi olmadığını bilir”.
Tammo Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiyanın keçirdiyi əməliyyatları müqayisə edib:
“Bunlar arasında ciddi fərqlər var. Türkiyə keçirdiyi əməliyyatlarda dinc sakinlər arasında itki olmaması üçün maksimum dərəcədə ehtiyatlı davrandığı halda, məsələn Rakka əməliyyatında şəhər tamamilə dağıdılmışdı”.
“Suriyanın şimalındakı bu bölgə artıq terrordan tamamilə təmizlənməli və Türkiyədə yaşayan suriyalı qaçqınların böyük bir hissəsi bura qayıtmalıdir”, - deyə bildirən Tammo Türkiyənin “təhlükəsizlik zonalarını” beynəlxalq aləmin də dəstəyi ilə yenidən abadlaşdıra biləcəyini dilə gətirib.
İdlibdəki vəziyyəti də şərh edən Tammo əyalətdə siyasi həllin mümkün olduğunu, ancaq bunun üçün ABŞ-ın da Türkiyə ilə əməkdaşlıq etməsinin vacibliyinə toxunub:
“İdlib ələ keçirilərsə, orada ortaya çıxacaq vəziyyət ən çox Türkiyənin milli təhlükəsizliyini təhdid edər. Buna görə də Türkiyənin bu mövzudakı davranışı qanunidir.”