Fransa prezidenti Emmanuel Makron NATO-nu «ölü beyin» adlandırıb.
«Sherg.az» «lepoint.fr »ə istinadən xəbər verir ki, E.Makronun bu açıqlaması birmənalı qarşılanmayıb və müəyyən qalmaqala səbəb olub.
Bundan sonra o Böyük Britaniyanın «The Economist » qəzetinə verdiyi açıqlamada fikrindən dönməyib.
Prezident diqqətə çatdırıb ki, onun NATO ilə bağlı fikirləri qeyri-müəyyənlik yaradıb.
Lakin NATO-nun baş katibi Jan Stoltenberqlə danışıqlardan sonra E.Makron Amerikanın artan maliyyə dəstəyi ilə bağlı NATO tərkibində 2 ildir, davam edən müzakirələrin dayanmasına təsssüfləndiyini söyləyib.