Amerika prezidenti Donald Tramp NATO-nun yaranmmasının 70 illiyi ilə bağlı keçiləcəcək zirvə görürüşdən öncə, Fransa prezidenti Emmanuel Makrona qarşı sərt açıqlama verib.
«Shergh.az» «lefigaro.fr»ə istinadən xəbərinə görə, NATO-nun baş katibi Jan Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında D.Tramp qeyd edib ki, E.Makronun 1949-cu ildə yaradılmış NATO-nu «ölü beyin" adlandırması düzgün deyil:
«Makronun bu fikri çox tərhiqaramiz və alçaldıcı mühakimədir.
Üstəgəl, bu ittiham NATO-ya üzv olan 28 ölkənin ünvanına səslənmiş ən pis yanaşmadır. Eyni zamanda bu Fransa üçün də olduqca təhlükəli düşüncədir. Çünki NATO-ya Fransanın böyük ehtiyacı var».