Samoada onlarla uşağın yoluxduğu və onlardan 62-sinin ölümü ilə nəticələnən qızılca epidemiyasına qarşı peyvənd kampaniyasına başlanılıb.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, 200 min əhalinin yaşadığı Sakit okean arxipelaqındakı səlahiyyətlilər cümə axşamı və cümə günlərində bütün zəruri olmayan hökumət müəssisə və xidmətlərinin bağlanmasını əmr edib. Bərə ilə adalararası əlaqəni kəsiblər və xüsusi nəqliyyat vasitələrinin hərəkət etməmələrini istəyiblər. Səhər-səhər peyvənd qruplarının yüzlərlə üzvü, o cümlədən hökumət rəsmiləri qapı-qapı gəziblər. Qızılca xəstəliyinə qarşı peyvənd olunmayan insanlar qrupların diqqətini çəkmələri üçün evlərinin qarşısında bayraq və ya qırmızı parça asıblar.
Baş nazir Tuilaepa Sailele Malielegua evinin qarşısında qırmızı bayraq dalğalandırıb.
Çünki bu ölkədə oktyabrın ortalarından bəri qızılca xəstəliyindən ölənlərin sayı 62-yə çatıb, burada dörd yaşınadək olan 54 uşaq var. Daha 19 uşaq isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Baş nazir sosial şəbəkələrdə peyvənd əleyhinə çağırış edənlərə hiddətlənib və qeyd edib ki, uşaqları peyvənd etmək yeganə çıxış yoludur.
Samoa Birləşmiş Millətlər Təşkilatından və bir sıra ölkələrdən-Avstraliya, Yeni Zelandiya, Fransa, Böyük Britaniya, Çin, Norveç, Yaponiya, Amerika Birləşmiş Ştatları- yardım alıb.
Ümumdünya Səhiyyə Təşkilıatının hesablamalarına görə, son iyirmi il ərzində 21 milyon uşağın həyatı peyvəndləmə nəticəsində qızılcadan xilas edilib.