Avropa Şurası Xarici İşlər Nazirlərinin növbəti iclası Gürcüstanda keçiriləcək


Avropa Şurası Xarici İşlər Nazirlərinin növbəti toplantısı bu ilin mayında Gürcüstanda keçiriləcək.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda Gürcüstan Avropa Şurasına sədrlik edir və sədrlik dövründə bu cür tədbirlər keçirilir. (azərtac)

Avropa Şurası XİN başçılarının görüşü və müzakirə olunacaq məsələlər qurumun baş katibliyi ilə dəqiqləşdirildikdən sonra ictimaiyyətə açıqlanacaq.