İranın raket qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Bu barədə “Reuters” ABŞ-ın yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.
O bildirib ki, Ağ Ev hadisələrin gedişatını diqqətlə izləyir.
“Bu döyüş hazırlığı hücum, yoxsa müdafiə xarakteri daşıyır? Bu bizə məlum deyil”, - deyə mənbə izah edib.
Xatırladaq ki, ABŞ-ın İran generalı Qasım Süleymanini öldürməsindən sonra ölkələr arasında münasibət kritik həddə çatıb.