Hadisə hər kəsin ürəyini ağızına gətirib
Avstraliyanın mərkəzində təşkil edilən məşhur vəhşi həyat şousunda nəhəng bir qartal 15 metr yüksəklikdən eniş edərək uşağa hücum edib.
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, izləyənlərin donub qaldığı hadisədə qartal 6 yaşlı uşağın başından tutaraq havalanmağa çalışıb.
O anlar ətrafdakı vətəndaşlar tərəfindən göstərilib. "Springs Desert" adlı parkda yaşananlar hər kəsin ürəyini ağızına gətirib. Quş şousu zamanı nəhəng bir qartal uşağı pəncələriylə götürərək qaçırmağa çalışıb. Xoşbəxtlikdən 6-8 yaş aralarında olan uşaq, vəhşi heyvanın əlindən üzündən aldığı kiçik bir sıyrıqla xilas olub. Yaşanan hadisədən sonra park səlahiyyətliləri quş şousunu ləğv edib və ağlayan uşağa sağlamlıq qrupları tərəfindən ilkin yardım göstərilib.
Parkda olan alim - jurnalist Christine O'Connell qartalın uşağı başından tutaraq aparmağa çalışdığı anları göstərib. BBC-yə danışan O'Connell qartalın uşağa hücum etməsinin səbəbini də açıqlayıb. Uşağın əynindəki kapüşonlu geyiminzəncirbəndini tez-tez açıb, bağlaması qartalın hiddətlənməsinə səbəb olub.
Turan