İspaniyada zavodda partlayış: Ölənlərin sayı 3 nəfərə çatıb



İspaniyanın Tarraqona əyalətindəki neft-kimya zavodunda baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, xəsarətləri ağır olan zərərçəkmişlərdən biri Barselona xəstəxanasında ölüb.

Bundan əvvəl partlayış nəticəsində iki nəfərin öldüyü, 8 zavod işçisinin xəsarət aldığı bildirilirdi.