Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşəcək.
Axar.az xəbər verir ki, bunu Qüreyşi jurnalistlərə açıqlamasında deyib. Məlumata görə, görüş yanvarın 17-də baş tutacaq.
Görüşdə əsas müzakirə mövzusunun ABŞ-İran konflikti olduğu vurğulanıb.
Qeyd edək ki, Qüreyşi bundan öncə İran Prezidenti Həsən Ruhani ilə görüşüb.