Ukraynanın Ali Radasında Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrup yaradılıb. Bu barədə UNİAN-a Ali Rada ofisinin informasiya idarəsindən məlumat verilib. Bildirilib ki, bu gün Ali Rada deputatlar qrupunun Azərbaycanla parlamentlərarası əlaqələrə dair təşkilati iclası keçirilib.
Görüş zamanı “Xalqın xidmətçisi” fraksiyasının üzvləri Valeri Kolyux və Vladimir Kreydenko qrupun həmsədrləri seçiliblər.
Qrup sədrlərinin müavinləri “Batkivşina” fraksiyasının üzvü Serqey Taruta, “Xalqın xidmətçiləri” fraksiyasının üzvləri Aleksandlır Qorobets, Marian Zablotski və Lyudmila Marçenko, həmçinin, fraksiyasız deputat Dmitri Şentsev olub.
48 millət vəkili bu qrupda işləmək istəyini ifadə edib.
Qrupun iclasında iştirak edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Ukrayna ilə Azərbaycan arasında münasibətlərin hər zaman çox yaxşı olduğunu vurğulayıb.
“Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyib. Bildiyiniz kimi, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib”, - deyə o bildirib.
Diaspor sədri Ukraynanın ən böyük Azərbaycan diasporlarından biri olduğunu da söyləyib. O, xalq deputatlarının Ukraynada yaşayan azərbaycanlı iş adamları və elm adamları ilə görüşünün keçirilməsini təklif edib.
Bizimlə əlaqə saxlayın