Yol kənarına atılmış cəsədin tapılması böyük insident yaradıb, kəndlilər tərəfindən dirəyə bağlanıb işgəncə verilən adam daha sonra üzərinə benzin tökülərək yandırılıb.
Sherg.az milliyyət. com-a istinadən xəbər verir ki, dünyanın ən təhlükəli ölkələri siyahısında ilk sıralarda yer alan Meksikada, Jarid Cinco Diaz adlı 6 yaşlı qız uşağı yanvarın 9-dan itkin düşüb.
Bir neçə gün sonra qızın cəsədi Chiapas əyalətində yolun kənarına atılmış halda tapılıb.
Vəhşiliklə öldürülməmişdən öncə təcavüzə məruz qaldığı ortaya çıxan qız uşağı, Chiapasanın 380 kilometr məsafəsindəki Cacahoatan kəndində dəhşət yaradıb.
Hirsli kəndlilər, qız uşağına təcavüz edib öldürməklə günahlandırılan Alfredo Roblero adlı kişini bir dirəyə bağlayıblar.
İctimai mediada yayılan görüntülərdən, kəndlilərin Alfredo Robleronu döyüb işgəncə verdiyi görünür.
Son olaraq isə, bir evin qarşısında üstünə benzin tökülərək yandırılır. Bağıraraq yerdə qıvrılan Roblero dəqiqələr içində ölür, ətrafda toplanan kəndlilər hadisəni gözləri ilə izləyir.
Bəzilərinin isə cib telefonlarıyla kişinin diri- diri yandırılmasını qeyd edir.
Meksika polisi hadisə yerinə çatan zaman Alfredo Roblero çoxdan ölmüşdü, ətrafda isə heç şübhəli yox idi.
Yerli mediaya danışan Jarid adlı qızın xalası, Robleronu polisə təslim etmək istədiklərini, ancaq hirsli kütləni dayandıra bilmədiklərini söyləyir.
Turan