Avstraliyanı bürüyən meqa fəlakət qorxusu davam edir. Çox su içmələrini əngələmək məqsədiylə 5 min vəhşi dəvə, dünyanın dörd bir tərəfindən gələn tənqidlərə baxmayaraq vertolyotlardan açılan atəşlə öldürülüb.
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, dəvələrin ardından qırğına bəzi atların da daxil edilə biləcəyi iddia edilmişdi. Atların öldürülüb, öldürülməyəcəyi ilə bağlı hələ rəsmi bir şərh verilməyib.
Bazar günü başladılan dəvə qırğınının beş gün davam etdiyi və bu gün tamamlandığı bildirilir.
Qeyd edək ki, quraqlıq keçən hava şəraitinə görə dəvələrin su tapmaq üçün böyük qruplar halında məskunlaşma yerlərinə getdiyi və bölgədə yaşayanların təhlükə altında olduğu iddia edilmişdi.
Dəvələrin öldürülməsiylə əlaqədar Avstraliya hökumətindən verilən şərhdə isə "Heyvanların tələf olunmasına son variant olaraq müraciət edildi. Əməliyyat zamanı heyvanların acı çəkməməsi təmin edildi" deyilir.
Turan