İsrail ordusunun Hərbi Hava Qüvvələri “Həmas” təşkilatının nəzarətində olan Qəzza zolağına aviazərbələr endiriblər.
“İnterfax” agentliyi xəbər verir ki, hərbi əməliyyat barədə məlumat İsrail Müdafiə Qüvvələrinin “Twitter” hesabında dərc edilib.
İsrail tərəfi iddia edir ki, aviazərbələr ötən gün ərzində Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr olan şarların atılmasına cavab olaraq endirilib.