Filipinin paytaxt Manel yaxınlığındakı Taal Yanardağında baş verən partlayışın ardından, fəlakət bölgəsindən çıxarılan vətəndaşların sayı 82 mini keçib.
Yanardağın olduğu Batangas əyalətindəki Fəlakət Risk Azaltma Mərkəzindən verilən şərhə görə, yanardağa 14 kilometr məsafədə yaşayan 82 mindən çox insanın təhlükəsizlik səbəbiylə uzaq bölgələrə çıxarıldığı bildirilir.
Şərhdə o da qeyd edilir ki, partlayışın yaratdığı təsir o qədər güclü olub ki, bu ana qədər infarkt keçirən 2 nəfər də həyatını itirib.
Çoxlu sayda vətəndaş təhlükəsizlik riskinə baxmayaraq azadetmə bölgələrindən qaçaraq evlərinə geri dönüb. Səlahiyyətlilər, ordu güclərinin dönən vətəndaşları tapıb yenidən azadetmə mərkəzlərinə gətirdiyini açıqlayıb.
Turan