Türkiyədə beş milyondan çox xarici vətəndaş yaşayır


Türkiyədə 192 fərqli millətdən olan 5 milyondan çox miqrant yaşayır.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Miqrasiya Xidmətinin Uyğunluq və Rabitə İdarəsinin əməkdaşı Əli Rza Beşkat bildirib.

Məlumata əsasən, hazırda Türkiyədə 3,6 milyon Suriya vətəndaşı müvəqqəti dövlət mühafizəsi altında yaşayır.

Ölkədə təhsil alan xarici vətəndaşların sayı isə 150 mindən çoxdur.