
12 il sonra Misir səfəri: Ərdoğanla Sisi arasında “sis” dağıldı!
13:55 15.02.2024
Dünya
743
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra Misirə gedib.
Ərdoğanı Qahirə Beynəlxalq Hava Limanında Misir prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.
Ərdoğan və Sisi ikitərəfli və heyətlərarası görüşlər keçirib.
Ərdoğan xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, ticarət naziri Ömər Bolat, Prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin baş müşaviri Akif Çağatay Kılıçla birlikdə Qahirəyə gedib.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”aTürkiyə Misir əlaqələrinin 11 ildən sonra Ərdoğanın Qahirəyə səfəri ilə yenidən qurulduğunu söyləyib. Politoloqun sözlərinə görə, iki liderin bir araya gəlməməsi ilə bağlı çoxlu danışıqlar gedirdi:

“Ərdoğanın bu dövrdə verdiyi açıqlamalara əsaslanaraq, bölgənin siyasəti, xüsusilə də Həmas-İsrail gərginliyi, Şərqi Aralıq dənizində enerji qaynaqlarının çıxarılması, Avropaya enerji qaynaqları Türkiyə və Misiri yaxınlaşmağa məcbur etdi. Qəzzanın gələcəyi birbaşa Misir və Türkiyə ilə bağlı olduğu üçün keçmişdə barələrində verilən açıqlamaları bir kənara qoyaraq iki liderin bir araya gəlməsi son dərəcə əhəmiyyətlidir. Şərqi Aralıq dənizində enerji ehtiyatlarının Misir və Türkiyə tərəfindən birgə çıxarılması və Avropaya ixracı son dərəcə vacibdir. Ötən ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının iclasında Ərdoğanla qısa salamlaşma Misirlə Türkiyə arasında yaxınlaşmanın əlaməti idi. Hətta Türkiyə-İsrail və Türkiyə-Yunanıstan yaxınlaşması istiqamətindəki proseslərə açıq olduğunu söyləmək mümkündür. Türkiyə, Misir, İsrail və Yunanıstan arasında yaxınlaşma Rusiya və İran tərəfindən qurulmaqda olan yeni enerji bərabərliyi kimi qəbul edilir. İran və Rusiya HƏMAS daxilindəki əlaqələri hərəkətə keçirərək dördlü ittifaqın yaradılmasının qarşısını aldı. Enerji müharibələrinin mühüm göstəricisi sayılan HƏMAS-ın İsrailə hücumu Türkiyə-İsrail münasibətlərini pozsa da, Türkiyə-Misir münasibətlərini daha güclü səviyyəyə çatdırdı. Önümüzdəki günlərdə güclənəcək Türkiy- Misir münasibətləri bir tərəfdən Qəzza məsələsini normallaşdıracaq, digər tərəfdən Türkiyə, İsrail, Misir, Yunanıstan razılaşmasının infrastrukturunu da formalaşdıracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət