Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatdı


Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatıb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz rəsmi səhifəsində yazıb.

O bildirib ki, bu günə qədər cəmi 20 345 test edilib, onların 1256-sı pozitiv çıxıb. Ümumilikdə 30 nəfər koronavirus səbəbi ilə vəfat edib ki, onlar da hamısı ahıllardır.

Nazir əhalini ehtiyatlı olmağa çağırıb.