Gürcüstanda məktəblilərin tətil müddəti yenidən uzadıldı


Gürcüstanın təhsil müəssisələrində koronavirusla bağlı elan olunan tətilin müddəti aprelin 21-dək uzadılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Sənədə əsasən ali məktəblərə məsafədən (distant) təhsilin müxtəlif formalarından istifadə tövsiyə edilib.

Qeyd edək ki, bundan öncə Gürcüstanın təhsil ocaqlarında tətil aprelin 1-dək elan olunmuşdu.