Gürcüstanda koronavirus diaqnozu qoyulan pasiyentlərin yaş katerqoriyası məlum olub.
24News.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze məlumat verib.
O deyib ki, ən yaşlı pasiyentin 82, ən gəncinin isə 2 yaşı var.
P.İmnadze qeyd edib ki, koronavirus xəstələrinin orta yaş həddi 37 təşkil edir.
Qeyd edək ki, ölkədə koronavirusa 73 nəfər yoluxub ki, onların 10-u sağalıb. Hazırda aktiv virus daşıyıcılarının sayı 63 nəfər təşkil edir.