Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9332 oldu


Cənubi Koreyada ötən sutka ərzində COVİD-19 virusuna 91 yeni yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Koreya xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinin birliyi (KCDC) xəbər verib.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 9332, ölənlərin sayı 139, sağalananların sayı isə 4528 nəfər təşkil edir.